Endirim məhsullarında 70%-ə qədər endirim

Məxfilik Siyasəti

Bu Məxfilik Siyasəti ALOF (bundan sonra "biz", "şirkətimiz") tərəfindən toplanan və istifadə olunan şəxsi məlumatlarınızla bağlı məlumat verir. Siyasət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tərtib olunub və ALOF-un veb saytında, mobil tətbiqlərində, fiziki mağazalarında və digər xidmətlərində toplanan məlumatlara şamil olunur.

Hansı Məlumatları Toplayırıq

Aşağıdakı şəxsi məlumatları toplaya bilərik:

  • Şəxsi məlumatlar: ad, soyad, doğum tarixi, e-poçt ünvanı, telefon nömrəsi, faktiki ünvan;
  • Hesab məlumatları: istifadəçi adı, şifrə;
  • İnternet və cihaz məlumatları: IP ünvanı, brauzer növü, cihaz növü və istifadə etdiyiniz səhifələr;
  • Alış-veriş tarixçəsi: sifariş etdiyiniz məhsullar, qiymətlər və alış tarixləri;
  • Marketinq üstünlükləri: e-mail bildirişlərinə abunə olub-olmamağınız.

Məlumatlarınızı Necə İstifadə Edirik

Topladığımız məlumatları aşağıdakı məqsədlər üçün istifadə edirik:

  • Sifarişlərinizi qəbul və icra etmək;
  • Sizi kampaniyalar və yeniliklər barədə məlumatlandırmaq (yalnız razılığınızla);
  • Xidmət keyfiyyətini artırmaq və istifadəçi təcrübəsini fərdiləşdirmək;
  • Qanunla nəzərdə tutulmuş hallarda hüquqi öhdəliklərimizi yerinə yetirmək;
  • Saytın və sistemlərimizin təhlükəsizliyini təmin etmək.

Məlumatlarınız Kimlə Paylaşılır

Məlumatlarınız aşağıdakı tərəflərlə paylaşına bilər:

  • Xidmət göstərən tərəfdaşlar (məsələn, kuryer şirkətləri);
  • Beynəlxalq texnologiya təminatçıları (yalnız texniki məqsədlərlə və uyğun hüquqi müdafiə ilə);
  • ALOF qrupuna daxil olan şirkətlər – yalnız eyni məqsədlərlə;
  • Sizin icazənizlə və ya göstərişinizlə üçüncü şəxslərlə.

Məlumatların Saxlanma Müddəti

Məlumatlar qanunla tələb olunan və ya istifadə məqsədlərimizə uyğun müddət ərzində saxlanılır:

  • Aktiv istifadəçilər üçün – son fəaliyyət tarixindən etibarən 10 il;
  • Marketinq razılığı olan istifadəçilər – razılıq geri götürülənədək;
  • Kukilər – maksimum 13 ay.

Sizin Hüquqlarınız

Azərbaycan qanunvericiliyinə əsasən aşağıdakı hüquqlara maliksiniz:

  • Məlumatlarınızın düzəldilməsini və ya silinməsini istəmək;
  • İstənilən vaxt marketinq bildirişlərindən imtina etmək;
  • Məlumatlarınızın emalına razılığınızı geri götürmək.

Bu hüquqlardan istifadə etmək üçün bizimlə aşağıdakı əlaqə vasitələrilə əlaqə saxlaya bilərsiniz.

Kukilər və Onların İdarə Olunması

Saytda kukilərdən istifadə olunur. Bu texnologiya:

  • Saytı sizin üçün fərdiləşdirməyə;
  • Reklamları tənzimləməyə;
  • İstifadəçi statistikası toplamağa imkan yaradır.

Kukilərdən imtina etmək üçün brauzerinizin tənzimləmələrindən istifadə edə bilərsiniz.

Dəyişikliklər və Yenilənmə

Bu siyasət vaxtaşırı yenilənə bilər. Dəyişikliklər saytımızda yerləşdirildiyi tarixdən etibarən qüvvəyə minir.

Əlaqə Məlumatları